EN

ABŞ və Çin razılığa gəldi: Gərginlikdə kritik dönüş

ain.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Çinlə bağlı TikTok məsələsində razılaşma əldə edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ hökuməti Çin tərəfi ilə TikTok-un fəaliyyəti ilə bağlı razılığın bütün detallarını bir gün əvvəl tamamlayıb.

Trampın bəyanatına əsasən, ByteDance şirkəti TikTok-un ABŞ bölməsini satmaqdan imtina edərsə, platforma ölkədə bloklanma riski ilə üzləşəcək.

Hazırda ABŞ və Çin rəsmiləri razılaşmanın təfərrüatlarını ictimaiyyətə açıqlamayıb. New York Postun məlumatına görə, ABŞ-da TikTok-un fəaliyyətini idarə edəcək yeni holdinq şirkəti yaradılacaq. Bu qurumda əsas nəzarət milyarder Ceff Yass və General Atlantic Partners investisiya şirkətinin rəhbəri Bill Forda məxsus olacaq.

Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın o zamankı prezidenti Co Bayden, Çin şirkəti ByteDance-in TikTok-u satmasını tələb edən qanunu imzalamışdı. Əks halda, tətbiq ABŞ-da qadağan olunmalı idi. Tramp isə prezidentliyə qayıtdıqdan dərhal sonra platformanın bloklanmasını təxirə salıb. Bu təxirə salınma 17 sentyabr tarixinə qədər qüvvədədir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources