EN

“Qalatasaray”ın oyunu italyanlara tapşırıldı

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çempionlar Liqasının I turunda keçiriləcək “Ayntraxt” (Frankfurt) – “Qalatasaray” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Marko Quida olacaq.

Referi daha əvvəl 2023-cü ildə “Qalatasaray”ın “Olimpiya”ya (Sloveniya) qarşı keçirdiyi Çempionlar Liqası pley-off matçını (1:0) idarə etmişdi.

Sentyabrın 18-də keçiriləcək “Ayntraxt” – “Qalatasaray” oyununa saat 23:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
futbolpress.az

1Sources