Sentyabrın 18-də “Barselona” Çempionlar Liqasının ilk oyununu səfərdə “Nyukasl”a qarşı keçirəcək.
İdman.biz İspaniya mətbuatına istinadən xəbər verir ki, gənc vinger Lamin Yamal bu görüşdə “blauqrana”ya kömək edə bilməyəcək.
ESPN də daxil olmaqla bir neçə mənbənin məlumatına görə, futbolçu çərşənbə axşamı komanda ilə birgə məşq etməyib. O, klubun bazasında fərdi proqram üzrə çalışıb.
Qeyd edək ki, Yamal qasıq sümüyündəki problemlərə görə La Liqada “Valensiya”ya qarşı görüşü də buraxmışdı.
“Nyukasl” - “Barselona” matçı saat 23:00-da başlayacaq.
İdman.biz