EN

Rusiya Xarkovda universiteti bu cür vurdu VİDEO

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukraynanın Xarkov şəhəri növbəti dəfə Rusiya PUA-larının hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə və Ukrayna mediasında PUA-lardan birinin mülki obyektə - Xarkov Milli Əczaçılıq Universitetinin binasına düşdüyünü əks etdirən videogörüntülər yayılıb. Videodan da göründüyü kimi, PUA məqsədli şəkildə universitet binasına yönləndirilib.

Qeyd edək ki, Rusiya hər dəfə Ukraynada yalnız hərbi obyektləri vurduğunu iddia edir. Ancaq hər kəs bunun əksini görür və universitet binasının günorta saatlarında hədəf alınması Rusiyanın növbəti hərbi cinayətindən başqa bir şey deyil.

İlkin məlumatlara görə, zərbə nəticəsində azı 4 nəfər yaralanıb. Bu barədə şəhərin meri İqor Terexov məlumat verib. Lakin qurbanların sayının çox olacağı gözlənilir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
azpolitika.info

1Sources