EN

Aİ Rusiyadan neft alışını 35% azaldıb

Avropa İttifaqı (Aİ) iyul ayında Rusiyadan neft idxalını ötən ilin eyni ayı ilə müqayisədə 35% azaldıb, bu barədə “Eurostat” məlumat yayıb.

Belə ki, iyulda Aİ Rusiyadan 318.8 milyon avro dəyərində (5.7 milyon barel) neft alıb. Bu, bir il əvvələ nisbətən 35% az, iyun ayına nisbətən isə 4.5% çoxdur.

Ümumilikdə, bu ilin yeddi ayı ərzində Aİ Rusiyadan 2.9 milyard avro dəyərində (48.2 milyon barel) “qara qızıl” idxal edib ki, bu da ötən ilin göstəricisindən 1.3 dəfə azdır.

İyulda Rusiyadan neft idxal edən əsas ölkələr Macarıstan (169.5 milyon avro) və Slovakiya (149.3 milyon avro) olub.

Chosen
21
banker.az

1Sources