EN

"Barselona"da şok itki: Ulduz futbolçu ÇL oyununu buraxacaq

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal Çempionlar Liqasının ümumi mərhələsinin ilk oyununda "Nyukasl"a qarşı meydana çıxmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

18 yaşlı futbolçu İspaniya millisinin düşərgəsində aldığı zədə səbəbindən tam məşq edə bilmir. O, DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstana qarşı görüşdən sonra belində diskomfort hiss edib.

Qeyd edək ki, sentyabrın 4-də İspaniya Bolqarıstanı 3:0, sentyabrın 7-də isə Türkiyəni 6:0 hesabı ilə məğlub edib. Yamal bu iki qarşılaşmada ümumilikdə 3 qol ötürməsi ilə yadda qalıb.

Chosen
21
publika.az

1Sources