EN

Türkiyədən Azərbaycanla bağlı hərbi addım – Rusiyaya mesajdır?

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunun Azərbaycana səfəri, xüsusilə də Prezident İlham Əliyev tərəfindən Şuşada qəbul edilməsi indiki geosiyasi şəraitdə xüsusi diqqət çəkir. Bu səfər həm Rusiya ilə gərginlik fonunda, həm də 2021-ci ildə imzalanan və iki ölkə arasında strateji müttəfiqliyin hüquqi əsasını təşkil edən Şuşa Bəyannaməsi kontekstində mühüm əhəmiyyət daşıyır.

Sözügedən səfər hər hansı xüsusi mesajı varmı?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev bildirib ki, Türkiyə hərbi rəsmilərinin Azərbaycana səfərləri davamlıdır və hərbi-siyasi əməkdaşlıq çərçivəsində baş verir:

“Təbii ki, görüşün Şuşada keçirilməsi simvolik-siyasi xarakter daşıyır. Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalayıb, bu sənəd artıq sazişə çevrilərək hər iki ölkənin parlamentində ratifikasiya olunub. Bəyanaməyə əsasən, iki ölkə bir-birinə hərbi və siyasi dəstək göstərməlidir.

Mahiyyət də məhz bundan ibarətdir. Hərbçilər arasında sıx əməkdaşlıq var və mütəmadi səfərlər həyata keçirilir. Azərbaycan hərbçiləri də Türkiyəyə səfərlər edirlər. Bu, artıq normaya çevrilmiş bir təcrübədir və hər iki ordu arasında inteqrasiya prosesi davam edir”.

Chosen
28
2
turkustan.az

3Sources