EN

Piyadaları və sürücüləri əziyyətə salan Masazır dairəsi... Ekspert çıxış yolunu GÖSTƏRDİ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Bakı-Sumqayıt yolunun Masazır dairəsi hər gün sürücülərin əsas narazılıq mövzularından birinə çevrilib. Buradakı yolun təşkilati problemləri, qeyri-səmərəli hərəkət sxemi və piyada keçidlərinin məhdudluğu tez-tez tıxaclara səbəb olur. Sürücülər deyir ki, xüsusən də pik saatlarda Masazır dairəsində hərəkət iflic olur və yolun yükünü daşımaq çətinləşir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Masazır dairəsi ümumi transformasiya olunmalı və fərqli hərəkət iştirakçıları nəzərə alınmaqla yenidən təşkil edilməlidir:

"Orada piyada hərəkəti tam unudulub. Səkilər bərbad və davamlı deyil, keçidlər isə məhduddur. Digər vacib məsələ ictimai nəqliyyatın dayanacaqlarının təşkili ilə bağlıdır. İnsanlar rahat piyada keçidindən istifadə edə bilməli və ictimai nəqliyyata əlçatanlıq təmin olunmalıdır. Bu işlər qabarıq şəkildə görülməli, dayanacaq, giriş və çıxış yerləri aydın olmalı və rahatlıq təmin edilməlidir. Sonradan fərdi nəqliyyatın hərəkəti nəzərə alınaraq yeni nişanlama təşkil olunmalıdır. Belə olduqda dairə və ətraf infrastruktura yenidən formalaşmış olacaq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
1
redaktor.az

2Sources