EN

Salihu Nasiru “Qəbələ”ni tərk edir - DÇ-yə görə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

error: Məzmun qorunur!
Chosen
19
2
arena.az

10Sources