Rusiyada taksi avtomobillərinin lokallaşdırılması ilə bağlı qanun qiymətlərin 4 dəfə artmasına səbəb olacaq.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, taksi sürücüsü və bloqer Yeqor Ryabkov sərnişindaşıma sektoru üçün müvafiq nəticələri proqnozlaşdırıb.
Ekspertin sözlərinə görə, taksi sürücülərinin istifadə etdiyi nəqliyyat vasitələri 5 il ərzində istismardan çıxarılır və lokallaşdırma qanunu qüvvəyə minənədək sürməyə heç nə qalmayacaq.
O qeyd edib ki, “Koreya avtomobilləri kimi” yeni avtomobillər çox bahadır və qanuna uyğun gəlmir, Rusiya istehsalı olan avtomobillərin də qiyməti yüksəkdir.
Bildirilir ki, qanun qüvvəyə minərsə və taksi xidmətinə icazə verilən avtomobillərin siyahısı əhəmiyyətli dərəcədə genişləndirilməsə, 200 mindən çox sürücü işini itirə bilər. Ryabkovun sözlərinə görə, avtomobillərin 60%-i qanun layihəsinin tələblərinə cavab vermir. Daşıyıcı çatışmazlığı yarandıqdan sonra onların xidmətlərinin qiymətləri 4 dəfə arta bilər.
Xatırladaq ki, Rusiya parlamentinin yuxarı palatası müvafiq qanunu mayın ikinci yarısında təsdiqləyib.