Tovuz şəhər stadionunda gedən işlər yekunlaşmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, stadionunun ot örtüyünün dəyişdirilməsi işləri bitməyə yaxındır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.
Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.