EN

Dünyanın ən qədim mumyaları tapıldı: Dumanla qurudulublar

Dünyanın ən qədim mumyaları tapıldı: Dumanla qurudulublar

Arxeoloqlar Cənub-Şərqi Asiya və Cənub Çində aparılan qazıntılarda şüurlu mumiyalaşmaya işarə edən 12 min illik insan qalıqlarını aşkar ediblər. Bu kəşf indiyədək məlum olan ən qədim mumiyalaşdırma tətbiqlərini minlərlə il geriyə çəkir.

İndiyədək ən qədim mumiyalaşma ənənəsi Çilidə 7 min il əvvəl ölülərini mumiyalayan Çinçorro xalqına və 5.600 il əvvəl eyni tətbiqi həyata keçirən qədim misirlilərə aid edilirdi. Lakin yeni tapıntılar göstərir ki, bu ənənə Asiyada çox daha əvvəl başlayıb.

Avstraliya Milli Universitetindən Hsiao-chun Hungun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, bu mədəniyyətlər ölülərini açıq ocaq üzərində həftələr, hətta aylarla tüstüləyərək qurudublar. Bu tətbiq bu gün də Papua Yeni Qvineyadakı Dani xalqının dəfn mərasimlərinə bənzəyir.

Tədqiqatçılar 11 fərqli ərazidən 4.000–12.000 il əvvələ aid 54 məzardan 69 sümük nümunəsini araşdırıblar. Əksəriyyətində 500 dərəcədən aşağı temperaturda olma izləri tapılıb. Sümlərdə qara təbəqələr və kəsik izləri də müşahidə edilib. Bu izlər mumiyalaşma zamanı tullantıların çıxarılması və ya ayırma məqsədli kəsiklərin edildiyini göstərir.

Tədqiqatçılar bildirirlər ki, bu tapıntılar Cənub-Şərqi Asiyadakı ovçu-toplayıcı icmalar ilə Avstraliya və Papua mədəniyyətləri arasında minilliklər boyu davam edən mədəni bir əlaqəyə işarə edir.

Məqalənin müəllifləri qeyd edirlər ki, dumanla mumiyalaşdırma ənənəsi yalnız ölüləri qorumaq üçün deyil, həm də yaşayanlarla əcdadlar arasında fiziki və ruhi bir bağ yaratmaq üçün vasitə idi.

Araşdırma Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

Chosen
7
afn.az

1Sources