EN

ICESCO-nun Baş direktoru Şuşa şəhər 1 nömrəli məktəbdə və Qarabağ Universitetində olub  

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrini ziyarət edib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Baş direktor Səlim bin Məhəmməd əl-Malik elm və təhsil naziri Emin Əmrullayevlə birgə əvvəlcə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub və şagirdlərlə görüşüb. Daha sonra Qarabağ Universitetinə baş çəkərək universitetin yeni inşa olunan korpusları, auditoriya və laboratoriyalarda yaradılan şərait, həmçinin yataqxana imkanları ilə tanış olub. Tələbələrlə görüş zamanı sözügedən universitetdə onların təhsil fəaliyyətini dəstəkləyən şərait barədə fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkilib. Ziyarət zamanı universitetin rektoru Şahin Bayramov qonağa müəssisənin fəaliyyəti barədə məlumat verib.

Səfər çərçivəsində Baş direktor və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Qarabağ Universitetinin Klinikası ilə də tanış olublar. Klinikanın direktoru, Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı Samir Babayev müəssisənin fəaliyyəti, yaradılan şərait və gələcək planlar barədə ətraflı məlumat verib.

Chosen
49
24
azerbaijan-news.az

10Sources