EN

Macarıstan Rusiyadan neft almağa davam edəcək

Rusiyadan neft alışı dayandırılmayacaq, çünki alternativ yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bok açıqlama verib.

Nazir bildirib ki, Macarıstan hər zaman həm nəqliyyat marşrutlarının, həm də enerji tədarükü mənbələrinin şaxələndirilməsinin tərəfdarı olub. Lakin bunun üçün real alternativlər tələb olunur.

"Macarıstan həmişə həm marşrutların, həm də tədarük mənbələrinin şaxələndirilməsinin tərəfdarı olub. Lakin bunun üçün bizə alternativlər lazımdır", – deyə Bok qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiyadan neft idxalını əvəzləyə biləcək real alternativlər mövcud deyil. Nazir vurğulayıb ki, Rusiya yanacağından asılılığın azaldılması haqqında müzakirələr hazırkı mərhələdə Macarıstanın enerji təhlükəsizliyi üçün risk yarada bilər.

Bok əlavə edib ki, Macarıstan heç bir halda öz enerji təhlükəsizliyinə xələl gətirməyəcək.

Chosen
15
1
operativmm.az

2Sources