EN

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri 1,8 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatıvasitələri ilə 5,072 milyard ABŞ dolları dəyərində 10,3 min tonbeynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya 1,8 dəfəçox, həcm ifadəsində isə 62,5 min ton və ya 7,1 dəfə azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan258,1 milyon ABŞ dolları dəyərində 1,7 min ton yük ixrac edilib ki,bu da illik müqayisədə dəyər baxımından 48,6 milyon ABŞ dolları vəya 23,2% artım, həcm ifadəsində isə 62,4 min ton və ya 38,1 dəfəazalma deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında hava nəqliyyatıvasitəsilə Azərbaycana 4,8 milyard ABŞ dolları dəyərində 8,6 minton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya1,8 dəfə çox, həcm baxımıdan isə 137 ton və ya 1,6% azdır.

Chosen
85
az.trend.az

1Sources