NATO Baş Katibi Mark Rutte, Türkiyənin AB-nin böyük müdafiə layihəsi SAFE-ə qatılmasına dəstək verib.
Sherg.az xəbər verir ki, yunan mediası bu addımı “Rutte Türkiyəyə xalça sərdi” kimi şərh edərək, Atinada ciddi narahatlıq yaratdığını yazdı.
SAFE proqramı çərçivəsində Türkiyə həm milyardlarla avroluq fondlardan yararlanacaq, həm də NATO-AB xəttində strateji rol oynayacaq.
Yunanıstan Baş Naziri Kiryakos Miçotakis isə Türkiyənin proqramda iştirakına qəti etiraz edib.
SAFE proqramı AB ölkələrinin müdafiə sənayelərini birləşdirərək effektiv və uyğunlaşan bir güc yaratmağı, həmçinin maliyyətləri azaltmağı hədəfləyir.