EN

Naxçıvanda mənşə sertifikatlarının sayı artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub.

2025-ci ilin 8 ayı ərzində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur.

Chosen
20
3
vergiler.az

4Sources