EN

Paşinyanın impiçmenti üçün layihə qəbul edildi

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı layihə qəbul edilib.

Publika.az xəbər verir ki, layihənin təşəbbüskarı keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Şərəfim var” fraksiyasıdır.

Fraksiya parlamentə “Milli böhran və dövlət idarəçiliyinin səmərəsizliyi səbəbindən baş nazirə etimad göstərilməməsi” haqqında bəyanat layihəsi təqdim edib.

Prosedura görə, parlament bu layini müzakirəyə çıxarmalı və səsverməyə qoymalıdır. Lakin layihənin qəbul ediləcəyi gözləntisi azdır. Çünki parlamentdə əsas səs çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi partiyaya aiddir. Bununla yanaşı, Ermənistan müxalifəti, xüsusilə Robert Koçaryan impiçment layihəsinin effektsiz olacağını əsas gətirərək, Sarkisyana qoşulmaqdan imtina edir.

Chosen
31
publika.az

1Sources