"Qəbələ" klubunun gənc futbolçusu Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Bu barədə klubun mətbuatı xidməti məlumat yayıb.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, S.Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda çıxış edib.