AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” 210 manat cərimə edilib.


MOİK – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 700 manat cərimə edilib.


“Səbail” – “Mingəçevir” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.


“Səbail” – “Mingəçevir” oyununda “Səbail” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilib.