2026-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 97.4 milyard manat məbləğində proqnozlaşdırılır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında məlumat dərc olunub.
Proqnozlara əsasən, 2027-ci ildə əhalinin gəlirləri 105.3 milyard manata, 2028-ci ildə 113.4 milyard manata, 2029-cu ildə isə 123.2 milyard manata çatacaq.
Beləliklə, 2026-2029-cu illərdə əhalinin gəlirləri 26.5% artacaq.
2026-cı ildə əhalinin xərcləri 95.5 milyard manat, 2027-ci ildə 103.3 milyard manat, 2028-ci ildə 111.2 milyard manat, 2029-cu ildə isə 120.6 milyard manat təşkil edəcək.