EN

Türk müdafiəçi Rumıniyanın əsas millisinə cəlb edilə bilər

ain.az, Sportal.az saytına istinadən bildirir.

Rumıniyanın U-21 yığmasının müdafiəçisi Ümit Akdağ Türkiyə millisindən savayı, daha bir əsas millinin düşərgəsinə dəvət edilə bilər.

Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası A milli üçün 21 yaşlı futbolçu ilə danışıqlara başlamışdı. Lakin hələ ki ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Məsələ burasındadır ki, hazırda "Alanyaspor"un formasını geyinən müdafiəçiyə Rumıniyanın əsas yığma komandası da dəvət göndərmək istəyir. Mirça Luçeski gənc müdafiəçini Rmıniya millisinə qazandırmaq niyyətindədir.

Buxarestdə dünyaya gəlmiş Ümitin hər iki valideyni türkdür. FSKB-nin yetirməsi olan gənc futbolçu “Çelsi”nin də akademiyasında çıxış edib. “Göztepe”, “Alanyaspor” və “Tuluzada” çıxış etmiş Ümitin xidmətində Avropanın bir çox klubu da maraqlıdır. Mərkəz müdafiəçisi olan futbolçu Rumıniyanın U-21 yığmasında 10 matç keçirib və 2 qol vurub.

Akdağın əsas milli səviyyəsində hansı komandanı seçəcəyi yaxın vaxtlarda bəlli olacaq

 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
sportal.az

2Sources