EN

Ukraynada DƏHŞƏT: Rusiya Xarkovda universiteti VURDU – Ölənlər var

Rusiya ordusu Xarkov şəhərinin Slobodski rayonunda yerləşən təhsil müəssisəsini pilotsuz uçan aparatla hədəfə alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dron universitet binasının damına düşüb.

Nəticədə 150 kvadratmetr ərazidə yanğın baş verib, iki qadın xəsarət alıb.

Xarkov meri İqor Terexov isə hücumun daha ağır nəticələrindən danışıb. Onun sözlərinə görə, hadisə zamanı 4 nəfər həyatını itirib.

İlkin versiyaya görə, zərbə Rusiyanın “Geran-2” tipli kamikadze dronu ilə endirilib. Partlayış anında binada olan Əczaçılıq Universitetinin əməkdaşları həyəcan siqnalı ilə dərhal sığınacağa eniblər və xəsarət almayıblar.

Hücum nəticəsində şəhərdə təhsil infrastrukturu ilə yanaşı, mülki şəxslərin də hədəfə alınması beynəlxalq səviyyədə kəskin reaksiyalara səbəb olub.

Musavat.com

Chosen
56
musavat.com

1Sources