EN

Mərkəzi Asiya ölkələri və Yaponiya arasında razılaşma əldə edildi

BAKI, 16 sentyabr. TELEQRAF

Sentyabrın 16-da Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin sədrliyi ilə Mərkəzi Asiya+Yaponiya formatında İqtisadiyyat və Energetika üzrə Nazirlərin İkinci Dialoqu keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müzakirə olunan məsələlər enerji sahəsində əməkdaşlıq, karbon neytrallığına nail olmaq, davamlı iqtisadi inkişaf və yeni texnologiyaların tətbiqini əhatə edib.

Tərəflər bərpaolunan enerji mənbələri sahəsində birgə layihələrin hazırlanması və region ölkələri - Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə Yaponiya arasında əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Chosen
59
teleqraf.com

1Sources