Xəstə Əlisəmid Kür (Cəfərli) ötən gün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə Respublika Diaqnostika Mərkəzindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər tərəfimizdən həyata keçirilməkdədir
***
Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə APA-ya onun oğlu aktyor Qorqud Cəfər məlumat verib.
"Hazırda atamın vəziyyəti ağırdır", - deyib.