EN

Mərkəzi Bank iki kredit ittifaqı təşkilatına icrası məcburi göstəriş verdi

Mərkəzi Bank iki kredit ittifaqı təşkilatına - “İşgüzar-Kredit İttifaqı” MMC və “Total Finans Kredit ittifaqı” MMC-yə icrası məcburi göstəriş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Belə ki, hər iki təşkilat 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməyib.
 
“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İşgüzar-Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Total Finans Kredit ittifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.
 
Chosen
18
26
moderator.az

10Sources