EN

İlhamə Quliyevanın tacı Nazpəri Dostəliyevaya taxıldı

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

ATV kanalında yayımlanan "Rəngarəng" verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva verilişə gələrək ona aid tacı Xalq artisti Nazpəri Dostəliyevaya hədiyyə edib.

Bu zaman Dostəliyeva sağlığında qalmaqal yaşadığı Quliyevanın tacını başına taxmaq istəməyib.

O hədiyyəni qəbul etdiyini lakin başına taxmaq istəmədiyini vurğulayıb, lakin aparıcı Zaur Nəbioğlu tacı sənətçinin başına taxıb. Dostəliyeva dərhal tacı çıxarıb.

Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyeva illərlə böyük qalmaqal yaşayan və vəfat edərkən belə küsülü şəkildə dünyadan köçən həmkarı İlhamə Quliyevanın məzarını ziyarət edərək ona "haqqımı halal edirəm" deyib.

Ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
baku.ws

2Sources