EN

Əliyar Ağayev “Kopenhagen” - “Bayer” matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026 mövsümünün əsas mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Əliyar Ağayev ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) matçının baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, bu qarşılaşma sentyabrın 18-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək. “Parken” stadionunda təşkil ediləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

error: Məzmun qorunur!
Chosen
19
2
arena.az

10Sources