“Real”ın gənc hücumçusu Endrik İspaniyada klubunu dəyişməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı braziliyalı qış fasiləsində “Selta”ya icarəyə veriləcək.
Qeyd edək ki, Endrik bu mövsüm Madrid təmsilçisinin heyətində rəsmi oyuna çıxmayıb. Onun “Real”la müqaviləsi 2030-cu ilin iyunun 30-na qədərdir.