EN

Yer kürəsində yenidən maqnit qasırğası müşahidə olunur

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Doğru.az xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 3-dən 6-ya qədər qısa fasilədən sonra Yer kürəsində G1 (zəif) səviyyəli yeni maqnit qasırğası qeydə alınıb.

Alimlərin sözlərinə görə, hazırda planet qeyri-sabit tarazlıq vəziyyətinə düşüb. İlk təsir zamanı müşahidə olunan G3 səviyyəli güclü iğtişaşlar artıq yoxdur.

Hesabatda vurğulanır ki, mənfi məqamlardan biri günəş küləyinin müstəsna yüksək sürətidir. Bu sürət azalmaq əvəzinə getdikcə artır. Lakin Yerin maqnit sahəsinin nisbətən zəif reaksiya verməsi günəş küləyinin maqnit enerjisinin aşağı olması ilə izah olunur.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu vəziyyət çox kövrəkdir: “Maqnit sahəsindəki hər hansı kiçik artım Yer-külək sistemini yenidən tarazlıqdan çıxararaq G2 və G3 səviyyəli güclü fırtınalara səbəb ola bilər.”

Chosen
56
1
dogru.az

2Sources