Xalq artisti Faiq Ağayev evlilik suallarına cavab verib
İfaçıya ünvanlanan “Dörd il ailəli olmusunuz, bəs niyə bir daha evlənməmisiniz?” sualına sənətkar maraqlı cavab verib:“Mənim kəbinli arvadım var. O da mənim sənətimdir. Hamıdan çox qısqancdır, hamıdan çox tələbkardır, hamıdan çox mənə sığal çəkir, hamıdan çox da dəstək olur. Həyat hamıda eyni cür olmamalıdır. Mənim sənətim elə tələbkardır ki, evlənmək üçün gərək onunla ‘boşanım’. Amma bunu da etmək istəmirəm. Sənətimi çox sevirəm, onunla bütün oluram. Küçədən bir pişik götürmüşəm, vaxtımı onunla keçirirəm”.
Müğənninin bu çıxışı izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntünün şərh bölməsində Faiq Ağayevin böyük sənətkar olduğu vurğulanıb, həmçinin onun mahnılarının övladları qədər dəyərli olduğu qeyd edilib.