EN

Sİ tarixdən 2 aldı

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Tədqiqatın nəticələri "Rethinking History" (RH) elmi-tarixi jurnalında işıq üzü görüb. ABŞ-nin Kornell Universitetinin nasist Almaniyası tarixi üzrə mütəxəssisi, tədqiqatın rəhbəri Yan Burtslaf diqqətə çatdırıb ki, belə bir qənaətə səbəb Sİ-nin keçmiş hadisələrdəki emosional və mənəvi mahiyyəti qavraya bilməməsidir. Onun sözlərinə görə, 1995-ci ildə Boliviyanın La-Pas, Polşanın Krakov şəhərlərində, ABŞ-nin Konnektikut ştatında qeydə alınmış holokostdan sağ çıxan şəxslərin ifadələri "ChatGPT" çatbotuna ötürülüb. Üzə çıxıb ki, iş prinsipi konkret alqoritmlərə əsaslanan çatbot ifadələrin təhlilini apararkən mühüm detalları nəzərdən qaçırır.

(Kornell Universitetinin əməkdaşı Yan Burtslaf) "Sİ sözügedən ifadələrdə vurğulanan vacib insani nöqtələri düzgün çatdırmaqda acizdirsə, daha incə məqamlarda da təhrifə yol verə bilər. Bu baxımdan tarixçilərin rolu əvəzsizdir. Onlar eşidir, təhlil aparır, şərh verirlər. Sİ isə yalnız ümumiləşdirir", – Yan Burtslaf söyləyib. Alimin fikrincə, çatbotlar və digər Sİ alətləri tarixi hadisələrin izahına yeni perspektivlər gətirə bilərlər, amma onlar, eyni zamanda, "mürəkkəb insani faciələri sadələşdirməyə meyillidirlər". "Sİ qurbanların ifadələrinə ötəri yanaşır, çünki əsaslandığı alqoritmlər "hamar və nizamlıdır". Halbuki tarixçinin işi etik çəkini saxlamaqdır", – o bildirib. Yan Burtslaf belə qənaətdədir ki, tarix elmi Sİ-nin ixtiyarına buraxılarsa, cəmiyyətlər öz keçmişlərini yanlış öyrənmək təhlükəsi qarşısında qala bilərlər. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
azvision.az

2Sources