EN

"33 illik dostum” - Nadir Qafarzadə efirdə kövrəldi

Müğənni Nadir Qafarzadə canlı yayımda həyat yoldaşına sevgisini etiraf edib.

Publika.az xəbər verir ki, sənətçi həyat yoldaşına borclu olduğunu bildirərək, kövrəlib:

"Bu mahnını sənə həsr edirəm. Öpərəm nəfəsindən, 33 illik yoldaşım. 33 illik dostum, 33 ildir addımladığım insan. Dostdur, dərdi bölüşə biləcək xanımdır. Hər evə yaxşı xanım arzu edirəm. Sevirəm səni. Atdığın addımlardan öpürəm. Yaxşı ki, sən mənim xanımımsan. Mənim səhvlərim olub. Bir ayağım çöldə, bir ayağım evdə olub. Uşaqlar necə böyüdü bilmirəm. O böyüdüb, ədəbiylə, namusuyla. İnsanın milyonu olmasa da olar. Əgər ədəbli, namuslu xanımın varsa, sən hamıdan dövlətlisən".

Qeyd edək ki, Nadir Qafarzadə 2014-cü il iyulun 6-da Yaşıl Teatrda həyat yoldaşına "Həyatımsan ömrüm qədər" adlı konsert vermişdi.(Yenisabah.az)

Chosen
48
publika.az

1Sources