EN

Azərbaycan çempionu Serbiya millisinin üzvü ilə anlaşdı

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı" heyətini gücləndirib.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionu Serbiya millisinin üzvü Stefan Bosniçlə anlaşıb.

Artıq serb minifutbolçu “Birbaşa Bakı”nın düşərgəsinə qoşulub.

Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Porto" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, Azərbaycan çempionu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək turnirdə ilk görüşünü sentyabrın 17-də keçirəcək.

 

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
1
sportal.az

2Sources