"Prezident Putin Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiya təsirinin zəifləməsindən narahatdır. O, əvvəlcə Paşinyanın rəhbərlik etdiyi Ermənistanda təsirini itirmiş, son vaxtlar isə Azərbaycanda da bu təsirini itirib və Gürcüstanda təsirini bərpa etməyə çalışsa da, bu cəhdlər uğursuz olub".
Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson deyib.
Politoloq qeyd edib ki, Putin Ukraynada qələbə qazansa da, Rusiya təsir dairəsini itirə bilər:
"Putun Prezident Trampın administrasiyasının Azərbaycan və Ermənistan arasında qeyri-seçilmiş bir sülh vasitəçisi kimi fəaliyyət göstərdiyini və Zəngəzur dəhlizi üzərində ABŞ qorumasının mümkünlüyünü görür ki, bu da Orta Dəhlizə təsir edəcək. Mən hesab edirəm ki, Prezident Putin artıq ciddi ehtimal kimi görür ki, Orta Dəhliz boyunca olan bütün ölkələr, hansı ki, Rusiyanı yan keçərək qərbə yönəlir – Qərbə üz tutacaq.
Azərbaycan və Qazaxıstanla bağlanan razılaşmalar buna işarə edir, xüsusilə Qazaxıstan Prezidenti Tokayevlə razılaşma 2022-ci ildə uğursuz Rusiya dəstəklı çevriliş cəhdinin hədəfi olmuş Tokayevlə qazax hərb qüvvələrinin gücləndirilməsini nəzərdə tutur.
Prezident Putin yaxşı bilir ki, Ukraynada müəyyən uğur qazanması mümkün olsa da, Rusiya təsir dairəsinin böyük hissələrini itirə bilər".
Xalidə Gəray
Musavat.com