EN

“Hürriyet” qəzeti: Bakıda keçirilən “Sonsuz qardaşlıq - IV” təlimi regionda sülhün təmin edilməsinə töhfədir  

Türkiyənin aparıcı mətbu orqanlarından biri olan “Hürriyet” qəzeti Bakıda təşkil olunan “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimini mövzusuna geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, nəşr oxuculara Azərbaycan, Türkiyə, Qazaxıstan, Qətər, Özbəkistan və Pakistanın xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin təkmilləşdirilməsi üçün keçirilən təlimin əhəmiyyətindən bəhs edib.

Yazıda Belarus, İtaliya və Macarıstan nümayəndə heyətlərinin müşahidə etdiyi “Sonsuz qardaşlıq - IV” təliminin gedişi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin hesabatından parçalar təqdim olunur. Həmçinin Azərbaycanda keçirilən təlim çərçivəsində “Yüksəksəviyyəli Müşahidəçi Günü” haqqında da məlumat verilir.

Materialda diqqət təlimin beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və regionda sülhün qorunmasına verdiyi töhfəyə yönəldilib.

Chosen
31
2
azerbaijan-news.az

3Sources