EN

Azərbaycanda İT şirkəti kiçilib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Sistem inteqrasiyası, proqram təminatının hazırlanması kimi xidmətlər təklif edən "ATL Tech" şirkəti 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

Şirkətin gəliri 2 milyon 933 min manat təşkil edib. Bu, ötən ilə nisbətən 1 milyon 785 min manat (2,6 dəfə) artımdır.

Satışın maya dəyəri 1 milyon 70 min manata yüksəlib. Bu da illik müqayisədə 432,7 min manat (67,8%) artım deməkdir.

Nəticədə şirkətin ümumi mənfəəti 1 milyon 863 min manata yüksəlib. Bu, illik 1 milyon 352 min manat (3,6 dəfə) artımdır.

Hesabat dövründə sair əməliyyat gəlirləri 33,4 min manat (17,2 dəfə) azalaraq 2,1 min manata enib.

Ümumi və inzibati xərclər 103,3 min manat, kommersiya xərcləri isə 30,8 min manat təşkil edib. Hər iki maddə üzrə ötən ilə nisbətən artım qeydə alınıb.

Bu amillərin birgə təsiri ilə şirkətin əməliyyat mənfəəti 1 milyon 721 min manat təşkil edib. Bu, illik müqayisədə 1 milyon 274 min manat (3,8 dəfə) artımdır.

Maliyyə xərcləri 12,8 min manata enərək 21,0 min manat (2,6 dəfə) azalıb.

Digər gəlirlər/xərclər maddəsi üzrə isə 402,4 min manatlıq xərc yaranıb.

Nəticədə şirkətin maliyyə mənfəəti (zərəri) 1 milyon 306 min manat təşkil edib.

Bütün bunların yekununda, “ATL TECH” MMC 2024-cü ili 1 milyon 306 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 938,7 min manat və ya 3,6 dəfə çoxdur.

Şirkətin cəmi aktivləri 1,1 milyon manata enib. Bu, ilin 2023-cü ilin sonu ilə müqayisədə 706,2 min manat (38,9%) azalma deməkdir.

Cəmi uzunmüddətli aktivlər 337,2 min manat təşkil edib. Bu da illik 32,1 min manat (8,7%) azalmadır.

Əmlak, tikili və avadanlıqlar 85,7 min manata bərabər olub. Nəticədə, son bir il ərzində 28,5 min manat (25,0%) azalma baş verib.

Qeyri-maddi aktivlər 28,2 min manata çatıb. Bu aktivlər il ərzində 3,8 min manat (15,6%) artıb.

Maliyyə aktivləri isə 223,3 min manat səviyyəsində dəyişməz qalıb.

Cəmi qısamüddətli aktivlər isə 773,2 min manata enib. Bu, illik 674,0 min manat (46,6%) azalmadır.

Mal-material ehtiyatları 237,8 min manat olub. Bu, illik 326,3 min manat (57,8%) azalmadır.

Debitor borcları 89,0 min manata bərabər olub. Bu borclar 151,6 min manat (63,0%) aşağı düşüb.

Pul vəsaitləri 206,6 min manat təşkil edərək 9,3 min manat (4,7%) artıb.

Verilmiş avanslar 193,0 min manat olub ki, bu da illik 301 min manat (0,1%) artımdır.

Gələcək dövrün xərcləri isə 31,2 min manata enərək 196,4 min manat (7,3 dəfə) azalıb.

Hesabatın ən dramatik dəyişikliyi şirkətin öhdəliklərində baş verib. Cəmi öhdəliklər 1,6 milyon manatdan 33,5 min manata enib. Bu, 1,6 milyon manat və ya 48,4 dəfəlik kəskin bir azalmadır.

Uzunmüddətli öhdəliklər 1,4 milyon manatdan sıfıra enib.

Qısamüddətli öhdəliklər isə 185,9 min manatdan 33,5 min manata enib və 152,4 min manat (5,5 dəfə) azalıb.

Cəmi kapital 1 milyon 76 min manata yüksəlib. Bu isə son bir ildə 884,5 min manat (5,6 dəfə) artım deməkdir.

Bu artımın əsas səbəbi, şirkətin bölüşdürülmüş mənfəətinin 192,2 min manatdan 1 milyon 76 min manata yüksəlməsidir ki, bu da 884,5 min manatlıq (5,6 dəfə) bir artım deməkdir.

Nizamnamə kapitalı isə 100 manat səviyyəsində dəyişməz qalıb.(fed.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
bizimyol.info

1Sources