EN

AYNA 2.2 milyon manata texniki avadanlıqlar alacaq

BAKI, 16 sentyabr. TELEQRAF

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) yeni texniki avadanlıqlar və proqram təminatları almağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu məqsədlə 2 milyon 191 min 708 manat vəsaitin xərclənməsi nəzərdə tutulub.

Qeyd edək ki, vəsait hesabına müxtəlif növ avadanlıqlar - kronşteynlər, kamera çantaları, qulaqlıqlar, 24 TB tutuma malik portativ sərt disklər (USB Hard Disk), dronlar, powerbank-lar və digər cihazlar alınacaq.

Chosen
73
2
teleqraf.com

3Sources