EN

Kirayə mənzillərin qiyməti get gedə daha da artacaq

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Son bir neçə ildə kirayə bazarında qiymətlər çox arıb. Mərkəzə yaxın hissələrdə kirayə qiymətləri daha da bahalaşıb. Yaxın 5-6 ildə mərkəzə yaxın ərazilərdə ucuz kirayə evlər tapmaq mümkün olmayacaq”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bunu 525.az-a söyləyib. O bildirib ki, şəhərin mərkəzinə yaxın hissələrdəki fərdi həyət evlərinin çoxu sökülüb. Artıq o mənzillər kirayə bazarından çıxıb. Nəticədə də bahalaşma baş verib:

“Bina evlərindəki kirayə mənzillərin də qiyməti bahalaşıb. Yeni tikililərdəki kirayə qiymətləri də çox bahadır. Yalnız Abşeron, Xırdalan və digər ərazilərdə ucuz kirayə evlər tapmaq mümkündür. Paytaxtdakı köhnə binalar mərhələli şəkildə sökülür. Çünki onların bir hissəsi qəzalıdır, digərlərinin isə istismar müddəti bitib. Bu da o deməkdir ki, kirayə mənzil qiymətləri get-gedə daha da bahalaşacaq”.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
525.az

1Sources