EN

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin icrası müzakirə edildi

BAKI, 16 sentyabr. TELEQRAF

Qırğızıstan su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin sədrliyi ilə Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq dəmir yolu xəttinin tikintisi üzrə strateji infrastruktur layihəsinin həyata keçirilməsi ilə bağlı müşavirə keçirilib.

Teleqraf xəbər verir ki, iclasda müvəqqəti elektrik xətləri və giriş yollarının çəkilişinin başa çatmaq üzrə olduğu, hazırda istehsalat sahələrinin tikintisi və tikinti bazasının hazırlanması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

İclasın yekunları üzrə Bakıt Torobayev müvafiq dövlət qurumlarının rəhbərlərinə kommunikasiyaların çəkilməsi, tikinti üçün yol kənarlarının təmizlənməsinin təmin edilməsi, layihənin icrası üçün zəruri olan torpaq sahələrinin verilməsinin başa çatdırılması ilə bağlı bir sıra tapşırıqlar verib.

Chosen
5
teleqraf.com

1Sources