EN

ABŞ ın Azərbaycan hökuməti ilə insan haqlarında dair dialoqu davam edəcək

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bu ölkənin dünyada insan huquqlarının müdafiəsini arxa plana keçirəcəyi barədə fikirlər yayıldı.

ABŞ Prezidentinin dünyada insan haqlarının müdafiəsinə yönəlik maliyyəni qadağan edən fərmanları bu fikirləri qətiləşdirmişdi.

Hətta ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının müdafiəsinə dair mart ayında açıqlamalı olduğu hesabat bu yaxınlarda dərc edildi.

Diplomatik mənbələrdən yayılan  xəbərlərə görə, ABŞ-ın xarici siyasətində də  insan haqları mövzusu qalacaq.

Prezident Trampın Belarus lideri Aleksandr Lukaşenko ilə siyasi məhbusların məsələsini müzakirə etməsi buna nümunə sayıla bilər.

Görünür, ABŞ-ın yeni administrasiyası demokratiyaya dəstəyin dayandırılmasının bu ölkənin qüdrəti üçün zərərli olduğunun fərqinə vardı.

ABŞ-ın dünyada qüdrəti onun hərbi,iqtisadi gücü ilə yanaşı həm də dünyada insan haqlarına, demokratiyaya dəstəyinə görə olub.

ABŞ-ın öz xarici siyasətində dəyişikliyə getməsi, Azərbaycana münasibətdə də hiss olundu.

Belə ki, ABŞ-ın ölkəmizə yeni təyin etdiyi Müvəqqəti İşlər Vəkili Emi Karlonun və səfirliyin yeni diplomatlarının Azərbaycanda siyasi partiya liderləri, vətəndaş cəmiyyəti qurucuları və media təmsilçiləri ilə tanışlıq görüşü bu ölkənin xarici siyasətində insan haqları və demokratiyanın arxa planda olmadığını nümayiş etdirmiş oldu.

Bu arada isə Gununsesi.info–nun əldə etdiyi məlumata görə, ABŞ diplomatları Azərbaycan hökuməti ilə insan haqları dialoqlarını davam etdirəcək.

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
icma.az

1Sources