EN

Vasif Qafarovun məktəblərə şəhid adlarının verilməsi təklifinə Siyavuş Novruzovdan REAKSİYA

“Birinci və İkinci Qarabağ müharibəsində şəhidlərimiz var. Şəhidlərimizin adlarının verilməsi təkcə yerlərə, prospektlərə deyil, eyni zamanda həmin prospekt və yerlərdə yerləşən təhsil müəssissələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var. Bu normalara görə, ən azı iki orden alan şəhidin adı verilə bilər. Amma elə kəndlərimiz var ki, o kənddən cəmi bir şəhid var və onun bir medalı çatmır. Yəni orda ikinci şəhid yoxdur. Elə kəndlərdə onun adının əbədiləşdirilməsi üçün istisna olması yaxşı olardı”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

Onun qaldırdığı məsələyə münasibət bildirən komitə sədri Siyavuş Novruzovsa bildirib ki, bununla bağlı hamımıza müraciət olunur:
 

“Şəhid adlarının əbədiləşdirilməsi haqqında qanun var. O qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulub. Qanunun tələbinə əsasən, məktəblərə Milli Qəhrəmanların və Qarabağ müharibəsi qəhrəmanlarının adı verilə bilər. Elə yer var ki, bir kənddə beş şəhid və bir məktəb var. Ona görə də bu adlandırma çətinlik yaradacaq. Rayonlarda onların adına park, küçə verilə bilər, bulaq tikilə bilər.


Azərbaycanda 5 minə yaxın məktəb var, 15 minə yaxınsa şəhid var. Belə olduqda bir yerə 3 nəfər düşür. Bu məsələ dəfələrlə götür-qoy edilib. Mübahisələr düşməsin deyə, qalan hallarda qanunvericiliyin tələbinə uyğun olaraq o adlar verilə bilər. Keçmiş sovet adı olan, məlum olmayan, “Kolxoz”, “Kombayn”, “Sovet” adında küçələr var. Onlar dəyişdirilə bilər. Vacib olan məsələdir ki, biz onların adını hər yerdə əbədiləşdirək”.

Günay Şahmar, Bizim.Media

Chosen
42
bizim.media

1Sources