EN

Qayıq vuruldu: 3 ölü

ABŞ ordusunun Karib dənizində narkotik qaçaqçılarına qarşı əməliyyatları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, son olaraq Prezident Donald Tramp ABŞ ordusunun Venesueladan çıxan və narkotik daşıyan daha bir qayığı vurduğunu açıqlayıb. Tramp hücum əmrini şəxsən verdiyini və bunun narkotik kartellərinə qarşı ikinci hücum olduğunu qeyd edib.

Beynəlxalq sularda həyata keçirildiyi bildirilən hücumda 3 kartel üzvünün öldürülüb. Tramp deyib: 

“Bu, son dərəcə təhlükəli narkotik qaçaqçılığı kartelləri ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və həyati maraqları üçün təhdid yaradır”.

Tramp sözlərini belə tamamlayıb: 

“Bu hücumda heç bir ABŞ əsgəri zərər görməyib. Xəbərdarlıq edirik: əgər ABŞ vətəndaşlarını öldürəcək narkotik maddələr daşıyırsınızsa, sizi ovlayırıq. Bu kartellərin qanunsuz fəaliyyətləri onillərdir ABŞ cəmiyyətinə dağıdıcı təsir göstərmiş və milyonlarla ABŞ vətəndaşının ölümünə səbəb olmuşdur. Artıq bu belə olmayacaq”.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə aparmaq məqsədilə ordunun daha geniş və effektiv şəkildə istifadə olunması barədə göstəriş vermişdi. Bu çərçivədə ABŞ avqust ayının sonunda Venesuela sahillərinə "USS Gravely", "USS Jason Dunham" və "USS Sampson" adlı hərbi gəmilər göndərmişdi.

Venesuela Prezidenti Nikolas Maduro isə cavab olaraq ölkədə 4,5 milyon milis gücünü səfərbər etdiyini və “istənilən hücumu dəf etməyə” hazır olduğunu açıqlamışdı. ABŞ-nin müdafiə naziri Pit Heqset isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bildirmişdi.

Chosen
34
1
cebheinfo.az

2Sources