EN

Azərbaycan klubu üç ukraynalı voleybolçunu transfer edib

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətinə üç yeni oyunçu cəlb edib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu ukraynalı voleybolçular - Daria Kaplanska, Anastasiya Mayevska və Yana Prokopovanın keçidini rəsmiləşdirib.

Hər üç voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm “Abşeron” Yüksək Liqanın gümüş medallarına sahib çıxıb.

İdman.biz

Chosen
10
3
idman.biz

4Sources