EN

SSRİ-də pensiya - aldadılan kolxozçular, kef edən vəzifəlilər

SSRİ ilk dəfə pensiya təminatını 1924-cü ildə, mövcudluğunun ikinci ilində tətbiq edilib. Özü də, yalnız müəllimlərə və universitet professorlarına şamil edilib. 1928-ci ildə bəzi irəliləyişlər olub, lakin o zaman yalnız bir neçəsinin bəxti gətirib: pensiyalar yalnız dağ-mədən və toxuculuq sənayesində çalışanlar üçün tətbiq edilib. Dövlət belə işçilərə “yaşa görə müavinət” verib.

Rusiya imperiyası tərəfindən təqaüd alanlar isə ümumiyyətlə “proletariatın düşməni” kimi təsnif edilib. Çar təqaüdləri inqilabdan dərhal sonra ləğv edilib. Beləliklə, pensiyalar ya müəssisələrdən sığorta haqları əsasında, ya da dövlətin qarşılıqlı yardımı əsasında əldə edilib. “Yeni iqtisadi siyasət” təkcə evsiz uşaqların izdihamı ilə deyil, həm də pensiyaçıların kifayət qədər təhlükəli vəziyyəti ilə yadda qalıb.

stan=1.JPG

İosif Stalinin dövründə “Pensiya və sosial sığorta müavinətləri haqqında əsasnamə” dərc edilib. 1932-ci ildə pensiya yaşı müəyyən edilib. Yeri gəlmişkən, o zaman orta ömür uzunluğu 39 il olub. Bununla belə, yenə ölkə əhalisinin əksəriyyəti pensiyasız qalıb. Kollektivləşmiş kəndlilərin pasportları olmayıb və əmək günləri kolxozlarda qeydə alınmayıb. Bu təbəqənin nə hərəkət azadlığı, nə də qocalıq müavinəti hüququ olmayıb. SSRİ-də əhalinin əksəriyyəti kolxozçu olduğundan pensiya ilə bağlı qəbul edilən qərarların heç biri onlara şamil edilməyib.

Stalin 1953-cü ildə vəfat edəndən üç il sonra, 1956-cı ildə Nikita Xruşovun dövründə “Dövlət pensiyaları haqqında” SSRİ qanunu qəbul edilib. Bu, ölkədə pensiya sisteminin inkişafının növbəti mərhələsi olub. Qanunda kimin pensiya hüququ olduğu, onun neçə yaşdan ödənilməli olduğu, iş stajının necə olması, ailə başçısını itirdikdə nə edilməli olduğu aydın şəkildə izah edilib. Həmçinin əmək haqqının hansı hissəsinin pensiya fonduna göndərilməsi və pensiyaçılara nə qədər ödənilməli olduğu da müəyyən edilib.

stan-2.JPG

Bu, universal pensiya sisteminə doğru sondan əvvəlki addım olub və yaşa görə ödənişlərin hesablanması proseduru aydın və təfərrüatlı qeyd edilib. Lakin hətta SSRİ-nin "Dövlət pensiyaları haqqında" qanunu da sovet vətəndaşlarının mühüm bir hissəsini - kolxozçuları diskriminasiya edib.
Əhalinin bu kateqoriyası üçün pensiyalar haqqında yalnız 60-cı illərdə düşünüblər. 1964-cü ildə “Kolxoz üzvlərinə pensiya və müavinətlər haqqında qanun” qəbul edilib. Lakin bu dəfə vəsait az olub və yaş senzi dəyişib.

Yeri gəlmişkən, Stalin dövründə SSRİ-də pensiya yaşı 1932-ci ildə müəyyən edilib - kişilər üçün 60, qadınlar üçün 55 yaş. 1932-ci ildə SSRİ-də orta ömür uzunluğunun 39 il hesab edilsə də, hökumət pul məsələsinə görə 1956-cı ildə vəziyyəti dəyişib.

stan-3.JPG

SSRİ-nin “Dövlət pensiyaları haqqında” qanunu təhlükəli istehsalatlarda və ya mədənlərdə işləyən insanlara güzəşt edilib. Kişilər 50, qadınlar 45 yaşında pensiyaya çıxa biliblər. İş zərərli yox, sadəcə çətin hesab edildiyi halda, kişilər 55, qadınlar 50 yaşında pensiyaya çıxıb. Yaşlılığa görə minimum pensiya 50 rubl olub. Halbuki, dolanışıq üçün bu yetərli olmayıb. Odur ki, ailədə iki valideynin işləməsi mütləq olub. İşləyən pensiyaçının müəyyən məbləğdən artıq ümumi gəliri (pensiya+əmək haqqı) ola bilməyib. Limit keçibsə, pensiya bu artıqlığın məbləği qədər azaldılıb.

Sovet pensiya ödənişi sisteminin özəlliyi ondan ibarət olub ki, mərkəzləşdirilmiş vahid pensiya fondu mövcud olmayıb. Müəssisələr büdcəyə sığorta haqları ödəyib, pensiyalar bu vəsaitlərdən ödənilib. SSRİ-nin mövcud olduğu bütün dövr ərzində orta pensiya müavinəti əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bunun səbəbi təkcə inflyasiya deyil, həm də sovet vətəndaşları arasında həyat şəraitini yaxşılaşdırmaq istəyi dayanıb.

stan-4.JPG

Bütün bunlara baxmayaraq, SSRİ-də pensiya artımı ləng gedib. Əgər 1970-ci illərin əvvəllərində orta pensiya cəmi 34 rubl idisə, 1986-cı ilə qədər bu məbləğ 76 rubla yüksəlib. Təbii ki, bu vəzifəli şəxslərə və onlara yaxın insanlara şamil edilməyib.

1950-60-cı illərdə xüsusilə görkəmli şəxslər, partiya üzvləri, sənətçilər, qəhrəmanlar və kommunizmin digər qurucuları ayda 200 rubl olan əhəmiyyətli fərdi pensiya ala biliblər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Chosen
30
musavat.com

1Sources