EN

7 övladı var, 6 sı məktəbə gedir “Heç bir çətinliyimiz yoxdur” FOTOLAR

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Yeni dərs ilində Zərdab rayonunun Sarıqaya kəndində 7 uşaq atası Amil Mustafayev 6 övladını məktəbə göndərib.

Sarıqaya kənd orta məktəbində müəllim işləyən Amil Mustafayev Modern.az-a açıqlamasında övladlarının təhsilinə xüsusi diqqət yetirdiyini bildirib:

“İnsanın həyatda daşıdığı ən böyük məsuliyyət onun övladlarıdır. Bu məsuliyyəti dərindən dərk edən bir valideyn kimi, mən də övladlarımın təlim-tərbiyəsi və inkişafı üçün əlimdən gələn hər şeyi edirəm. Özüm də onların təhsil aldığı məktəbdə çalışıram. Anaları da müəllimədir. Bu da bizə övladlarımızın təhsilinə daha yaxından nəzarət etməyə imkan yaradır”.

Amil Mustafayevin sözlərinə görə, hazırda onların 7 övladı var. Onlardan biri məktəbəqədər hazırlıq mərhələsindədir. Digər 6-sı isə orta məktəbə gedir:

“Övladlarımızdan biri bu il 1-ci sinifə başlayıb. Digəri 3-cü sinifdə, ikisi isə 5-ci sinifdə təhsil alır. Bir övladımız da 7-ci sinifdə oxuyur. 5-ci sinifdə oxuyan uşaqlarımızdan ikisi əslində 4-cü sinifdə oxumalı idilər, lakin fitri istedadlarına görə birbaşa 5-ci sinifdə oxuyurlar”.

A.Musafayev ailə olaraq heç bir maddi çətinliklərinin olmadığını və övladlarının təhsili üçün bütün şəraitin mövcud olduğunu deyib:

“Övladlarımız yalnız ümumi təhsillə kifayətlənmir, eyni zamanda musiqi ilə də məşğul olurlar. Onlardan biri fortepiano çalır, biri xanəndəliklə məşğuldur, digəri isə kamança ifa edir. Dörd övladımız hazırda musiqiylə məşğuldur”.

O bildirib ki, həm dərslərində, həm də davranış baxımından uşaqları məktəbdə nümunəvi şagirdlər hesab olunurlar:

“Yoldaşım xanəndədir və dərslərdən sonra günün ikinci yarısında övladlarımızla birgə musiqi məşğələlərinə vaxt ayırır. Evdə musiqiyə olan isti münasibət uşaqlarımızın yaradıcılıq qabiliyyətlərini üzə çıxarır və onların inkişafında mühüm rol oynayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
2
modern.az

3Sources