İranın Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində polis avtomobilinə qarşı silahlı hücum baş verib.
News365.az xəbər verir ki, İran mətbuatına istinadən verilən məlumata görə, insident zamanı 3 polis əməkdaşı həlak olub.
Hücumun kim tərəfindən törədildiyi barədə hələlik məlumat yoxdur. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
News365.az