Bakı. Trend:
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsininnəticələri elan olunub.
Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.
Bildirilib ki, müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”,1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqlaümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilənlayihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516(98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bumərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220layihə qrant qazanıb. Həmin layihələrin 6-sı (3%) ümumi təhsilmüəssisələrinin, 214-ü (97%) isə təhsilverənlərin fərdilayihələridir.
Qrant qazanmış iştirakçılardan 157-si (71%) ilk dəfədir ki bumüsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər vərayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir vəSumqayıt daxildir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyarüzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinəgöndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmişbildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edəbilərlər.
Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçidvasitəsilə tanış olmaq mümkündür.