EN

"Qarabağ"a qarşı oynamayacağı gözlənilən "Benfika"lı sağaldı! – xəlvətcə məşq edirmiş...

Bu gün Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Benfika"nın itkilərinin olduğu məlum idi. Xatırladaq ki, bunlar Amar Dedic, Dodi Lukebakio, Aleksandr Ba, Manu Silva, Nunu Feliş və Bruma idi. Onlardan birinin bugünkü matçda şans qazanmaq ehtimalı ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, söhbət Amar Dedicdən gedir. Bu barədə "Record" nəşri məlumat yayıb. Portuqaliyalı həmkarlarımız sağ cinah müdafiəçisinin oyunöncəsi son məşqdə komandayla birgə iştirak etməsə də, fərdi məşqlərin müsbət nəticələndiyini bildirib. O, ilk 15 dəqiqəsi media üçün açıq olan məşqdən sonra meydana çıxıb və çalışmaları sürətləndirib.

Maraq üçün qeyd edək ki, 23 yaşlı Dedicin "transfermarkt" dəyəri 12 milyon avrodu. Bosniyalı müdafiəçi milli üzvüdü.

KƏNAN BAHADIR

Chosen
32
1
football-plus.az

2Sources