EN

Zambiyada müxalifət prezidenti cadu ilə devirmək istədi

BAKI, 16 sentyabr. TELEQRAF

Zambiya məhkəməsi iki nəfəri ölkə Prezidenti Hakainde Hiçilemaya sui-qəsd məqsədilə cadugərlikdə təqsirli bilib.

Teleqraf xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Zambiyalı Leonard Piri və Mozambik vətəndaşı Castin Mabulese Kandunde 2024-cü ilin dekabrında həbs edilib. Axtarış zamanı onların üzərində canlı buqələmun, heyvan quyruğu, qırmızı parça və naməlum ağ toz şəklində “sehrli talismanlar” tapılıb.

Prokuror bildirib ki, müttəhimlər bir sıra ağır cinayətlər törətməkdə şübhəli bilinən tanınmış müxalif siyasətçi Emmanuel Bandanın qardaşı tərəfindən işə götürülüb.

Chosen
37
teleqraf.com

1Sources